Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hər axşam Azərbaycandan minlərlə dollar Çinə necə axır?

Tarix: 14-08-2022 13:56     Baxış: 4260 A- / A+
Hər axşam Azərbaycandan minlərlə dollar Çinə necə axır?
TikTok"da atılan jetonlardan tutulan komissiya 50%-dir. Yəni siz bir müğənni, bloger, yaxud rəqəmsal pul yığına 20 dollar göndərirsinizsə, 10 dolları Çinə gedir". 
Manevr.az xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas deyib. Ekspert bildirib ki, "TikTok" Azərbaycan dövlətinə vergi vermir, bunu da vətəndaş edir:
 
"Hər axşam Azərbaycanda minlərlə dollar "TikTok" ödənişləri olur. Təəssüf ki, "TikTok" Azərbaycan üçün nə qədər qazandığını açıqlamır. İşin maraqlı tərəfi odur ki, "TikTok" Azərbaycan dövlətinə vergi də ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV olmaqla ödəyir. Yəni "TikTok"da bir adama jeton göndərən istifadəçi həm 50% "TikTok"a komissiya, həm də 18% Azərbaycan dövlətinə vergi ödəyir. Bizdən fərqli olaraq, Türkiyə "TikTok"u vergiləndirməyə məcbur edib. "TikTok" Türkiyə ofisi Türkiyə hökümətinə 2021-ci ildə qazandığı 1.2 milyard lirəyə görə 92.9 milyon lirə rəqəmsal xidmət vergisi verib".
 
"10 milyonluq kiçik bazar olduğumuz üçün nə "TikTok", nə "Facebook", nə "Google" bizdə ofis açmır və dövlətlə hesablaşmır. Yalnız "Microsoft" ofisi fəaliyyət göstərir. Onlar da dövlət qurumlarına lisenziya satmaqla yalnız buradan pul daşımaqla məşğuldurlar. Ermənistanda innovasiya mərkəzi olan "Microsoft" Azərbaycandan pullar aparmasına baxmayaraq, bir dənə mərkəz açıb bizə fayda vermir", deyə Fərid Pərdəşünas əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar