Xəbər lenti
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı nazirlikdən AÇIQLAMA

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.
Manevr.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.
Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.
Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.
İmtahanla yerdəyişmə aparılan ümumtəhsil müəssisələrinin siyahısı:
1. Heydər Əliyev adına lisey;
2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
3. 132-134 nömrəli Təhsil Kompleksi;
4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;
7. “Zəngi” liseyi;
8. Bakı Avropa Liseyi;
9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;
11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.
Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən aktivdir, X siniflər üçün isə avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































