Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Elə bilirlər ki, Yazıçılar Birliyi zavoddur” - Sabir Rüstəmxanlı

Tarix: 13-08-2022 17:08     Baxış: 4245 A- / A+

“Elə bilirlər ki, Yazıçılar Birliyi zavoddur” - Sabir Rüstəmxanlı 
"Azərbaycan Yazıçılar Birliyi (AYB) ədəbiyyatı yaratmır, ədəbiyyatı qələm sahibləri yaradır. Yazıçılar Birliyinin 1000-dən artıq üzvü var. Son vaxtlar birliyi tənqid edib, amma üzv olmaq istəyənlərin sayı da artıb". 
Manevr.az xəbər verir ki, bu sözləri Modern.az-a deputat, Xalq şairi Sabir Rüstəmxanlı AYB-nin fəaliyyəti və növbəti qurultayda yazıçı Anarın namizədliyi ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, AYB-yə bəzən sovet dönəmindən qalmış köhnə qurum kimi baxanlar var:
"Bir vaxtlar deyirdilər ki, birlik ləğv olunsun, dövlət büdcəsindən çıxarılsın. Elə bilirlər ki, Yazıçılar Birliyi zavoddur, istehsal etdiyi nəyinsə hesabına yaşayacaq. Əksinə yazarlara və Yazıçılar Birliyinə ciddi dövlət dəstəyi göstərilməlidir. Yazıçılar Birliyinin dağıdılmasını yox, onun gücləndirilməsini tələb etməliyik. Ədəbiyyata ideologiya kimi baxmamalıyıq, milli taleyə xidmət edən iş kimi baxmaq lazımdır. Buna görə də birliyə ciddi dövlət dəstəyi lazımdır".
S.Rüstəmxanlı vurğulayıb ki, Yazıçılar Birliyində ölkəmizin görkəmli nümayəndələri təmsil olunurlar:
"Onların fəaliyyəti xüsusi dəyərləndirilməlidir. Orta əsrlərdə olan ədəbiyyat məclisləri indi də təşkil olunur. Birlik olmasaydı, hamı yalquzaq kimi "mağarasına" çəkilərdi. Düzdür, yazıçı işi təklənməyi sevir, amma yazıçıların bir yerə yığılıb işlərindən danışmaları son dərəcə vacib məsələdir. Bütün bu sadaladıqlarım birliyin fəaliyyətindən xəbər verir".
Deputatın sözlərinə görə, yazıçı Anarın uzun illər AYB-yə rəhbərlik etməsi bəzi insanlarda narazılıq yaradır:
"Anar yaxşı işləyirsə, Yazıçılar Birliyinin nüfuzunu artırırsa, niyə sədr olmasın ki? Vəzifə dəyişmək xatirinə nəsə etmək olmaz. Mən şəxsən Anarın fəaliyyətindən razıyam. Öz imkanı və Yazıçılar Birliyinin imkanı daxilində yazır. Elə bir ədəbi sima yoxdur ki, Anar onun haqqında nəsə yazmasın. O bizim ədəbiyyatımızın nadir simalarından biridir. Onu sındırmaq, haqqında nalayiq sözlər işlətmək düzgün deyil. Hər kəsin xidmətinə qiymət verməyi bacarmalıyıq".
 
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi qurultaya hazırlaşır. AYB-nin hazırki sədri, Xalq yazıçısı Anarın növbəti dəfə postunda qalmaq üçün namizəd olacağı bildirilir. 
 
Anar 1987-ci ildən AYB-nin sədridir. Hazırda 84 yaşı var.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar