Xəbər lenti
Ermənilərlə üzbəüz məşhur kənd - Vətən müharibəsi buradan başlamışdı... VİDEO
Bu minvalla "Yeni Müsavat”ın Gəncəbasar müxbiri İlham Məmmədov Tovuzun Ağdam kəndinə yollanıb, oradan reportaj hazırlayıb.
Saytın əməkdaşı kənddəki son vəziyyəti bu cür təsvir edib:
"Ağdam kəndini və burada yaşayan qəhrəman insanları təqdim etməyə elə də ehtiyac yoxdur. İllərdir erməni qəsbkarları ilə qarşı-qarşıya dayanan kənd sakinləri dövlətimizin ən çətin durumunda belə düşmənə meydan oxuyub. 2020-ci ilin iyul hadisələri isə istər kəndin, istərsə də ölkəmizin şanlı tarixinə yazılıb. Ağdamda son durum sabitdir. Kənd həyatı öz axarı ilə davam edir. Yol boyu müşahidə etdik ki, kəndin balaca sakinləri küçədə top qovur. Böyüklər isə gündəlik işləri ilə məşğuldur.
Uzun illər işğalçı Ermənistan ordusu bu kəndi qorxu içərisində saxlamağa çalışıb. Kənd dəfələrlə ağır silahlarla hədəf alınıb. Lakin düşmən ordumuzun gücünü gördükdən sonra daha kəndi atəşə tutmaqdan, sadə insanları hədəfə almaqdan çəkinir.
Kəndi gəzdiyimiz zaman bir həqiqəti dərk etdik. Ağdam kəndində silahlar sussa da, sağalmaz yaralarının izləri qalmaqdadır. Hər bir evdə düşmən gülləsinin izi hələ də var. Kənd sakinləri yaşanan ağır günləri acı xatirə kimi yada salırlar. Bu kənddən şəhidlərimiz də olub və onların da adı unudulmur, unudula da bilməz.
Bir önəmli faktı da vurğulamadan keçmək istəməzdim. Bu gün Ağdam kəndinin hər küçəsində, hər döngəsində ölkəmizin və qardaş Türkiyənin bayraqlarını görmək olar. Daim dalğalanan ay ulduzu düşmən də görür. Özü də hər an, hər saat hər gün".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar