Xəbər lenti
Ağ xalatlı, şəfalı əllər sahibi
Musa Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasında sağlamlığın keşiyində dayananlar arasında Rəna Nağıyeva kimi şəfalı əlli, şirin dilli həkimlər çoxdur Həkim!
Bu bircə kəlmə, məncə, adama ana qədər, qardaş, bacı kimi əziz və istəklidir. Dilimizə gəlincə, bu kəlmənin sanki hikməti bizim ağrı-azarımızı azaldır, şəfa tapırıq. Mən qəlbimdə həkimlərə olan sevgimi dilimə gətirməyi yaxşı bacarsaydım, onda fikrimi daha yaxşı və istədiyim kimi ifadə edə bilərdim. Uşaqlıqdan bugünədək ailəmizdəki ağrı-azarı azaldan həkimlər haqqında çox sayda gözəl fikirlər eşitmişəm. Açığı, nəinki özüm onların şəfalı əllərindən sağalıb yenidən ailəmizə, həyata qayıtdıqdan sonra belə düşünmüşəm, əslində, mənə elə gəlir ki, indiyədək həkimləri olduqları kimi duymamışam. Bu gün həkimlər haqqında belə dərin düşüncələrə varmağımın səbəbi anam oldu. Anam, Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayan Əliyeva Zümrüd Yəhya qızı itkin, şəhid bacısı olduğu üçün sinəsində, canında, qanında o qədər ağrı-acı yaşadır ki... Çoxunu da kimsəyə, hətta, canından artıq istədiyi yeganə oğlu Anara, iki qızına (mənlə bacım Vəfaya) bildirməyib. Ananın başı ağrıyanda, balaların canı sızıldayar. Biz də buna görə anamın ağrılarının şiddətli olduğunu hiss etməyə bilmədik. Ona görə də onu dilə tutub M. Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasına apardıq. Əslində, burada hansı həkimə müraciət edəcəyimizi bilmirdik. Açığını deyim ki, Azərbaycan xalqı xoşbəxtdir ki, dövlətimiz sağlamlıq keşikçilərinin öz peşəsinə sədaqətli xidmət göstərmələri üçün belə gözəl şərait yaradıb. Son beş il ərzində bunu daha çox hiss etdik. Üstəlik, bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə ölkəmizin ilk yerləri tutması da bunun bariz nümunəsidir. Məhz Rəna Nağıyeva kimi peşəkar həkimlərimiz də yüksək şəraitli tibb mərkəzlərində xalqımızın sağlamlığının keşiyində dayanmağı özlərinin peşə borcu hesab edirlər. Peşəkarlığa aparan yolu onu şərəfli bir ucalığa yüksəldib, bunu belə gördüm. Qısa tərcümeyihalından da məlum olur ki, həkim bu sənəti sevərək seçib. Həkim-terapevt Rəna xanım Nağıyeva ilə ilk görüşümüzdən hiss elədik ki, o, ağlı kəsəndən ağxalatlılara bir sevgi ilə baxıb. Elə bu sirli hiss onu da ağ xalat geyib, ana, ata, doğmaların, ümumiyyətlə isə insanların sağlamlığının keşiyində dayanmağa vadar edib. Bu məqsədlə də Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Əlbəttə, yüksək peşəkarlıq hər kəsə, o cümlədən Rəna xanım kimi həkimlərə başucalığı gətirir. Bunun canlı şahidi olmuşuq və həm də mən və anam yox. Ona müraciət edən hər kəs fikirlərimə şərik çıxar. Pasiyentlərinin dərin rəğbətini qazanan (bunun şahidlərindən biri də bizim ailədir) həkim-terapevt kimi çalışmış Rəna Nağıyevanın tibbi xidmət yolunun M.Mir Qasımov adına Respublika Kiliniki Xəstəxanasına salınması da təsadüfi ola bilməzdi. Bu sağlamlıq ocağında çalışan, yüksək peşəkarlıqları ilə tanınan və sevilən kollektivin bir üzvünə çevrilmək onun uşaqlıq arzularından idi. Kliniki xəstəxananın Poliklinika şöbəsində həkim-terapevt kimi çalışmaq həm şərəflidir, həm də çox, olduqca məsuliyyətli. Bu mərkəzə nəinki ölkəmizin hər yerindən, yaxın-uzaq qonşu ölkələrdən bura müraciət edənlər az omur. Bu da bizim bir həkim kimi məsuliyyətimizi artırır. Həkim keçdiyi şərəfli tibb xidməti yolları haqqında ətraflı söz açmaq fikrində olmasa da, onun barəsində ürək sözlərini deməyə yüzlərlə, minlərlə pasiyenti və onların doğmaları var. Belələrindən biri də anam Zümrüd Əliyevadır ki, həkimlə təmasdan, onun incə qəlbli, əsl sağlamlıq keşikçisi olmasından danışmaqdan yorulmur. Məhz Rəna Nağıyeva kimi öz sevimli peşəsi ilə xalqımıza tibbi xidmət göstərənlərə rast gələndə təəccüblənməyək, çünki onlar xalqımızı, dövlətimizi və sevimli peşələrinin vurğunlarıdırlar. Əməklərinə dövlət tərəfindən yüksək qiymət verilib, layiq olduqları vəzifələrə irəli çəkildikcə, biz də onların xidmət mədəniyyətinin yüksəkliyinin şahidi oluruq. Var olun, Rəna həkim! Ailəmizin, yaxın-uzaq doğmalarımızın minnətdarlıqlarını sizə ünvanlamaqdan biz də şərəf duyuruq!
Kəmalə ƏLİYEVA,
Azərbaycan Texniki Universiteti nəzdində
Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin müəllimi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar