Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanov Prezidentə məktub yazdı

Tarix: 11-08-2022 18:20     Baxış: 3232 A- / A+

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib.
Manevr.az xəbər verir ki, President.az saytının məktublar bölümündə yerləşdirilən məktubda C.Qurbanov Prezidentə Buzdux zirvəsinin ordumuzun tərəfindən nəzarətə götürülməsinə görə minnətdarlığını çatdırıb.
Məktubda deyilir:   
...Azərbaycan Respublikasının hər bir vətəndaşı, bütün dünya azərbaycanlıları Sizin nəyi və nə zaman etməli olduğunuza inanır və güvənir. Bunun nəticəsidir ki, avqustun 3-də Sizin rəhbərliyinizlə qalib Ordumuzun həyata keçirdiyi “Qisas” əməliyyatı böyük uğurla nəticələndi. Öz imzasına və sözünə əməl etməyən Ermənistan hakimiyyəti və onun quldur dəstələri cəzalandırıldı. Buzdux zirvəsinin azad olunması ilə nəticələnən bu əməliyyat biz kəlbəcərlilərin daha böyük sevincinə, mənim ulu babalarımın da yaşadığı Ağdaban və Çayqovuşan kəndlərinin və ətraf ərazilərin ordumuzun nəzarətinə keçməsinə səbəb oldu. Buzdux zirvəsinin hansı əhəmiyyətə malik olduğunu çox adam bilməsə də mən çox yaxşı bilirəm. Siz tarixi torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparırsınız, insanlarımızı sevindirir, ailələrə xoşbəxtlik gətirirsiniz. Bu gün ölkəmizin müxtəlif yaşayış məntəqələrində məskunlaşan Ağdaban əhalisi böyük sevinc və fərəh içindədir. Əminlik və qətiyyətlə demək olar ki, Sizin komandanlığınızla şanlı qələbə qazanan qüdrətli Azərbaycan indi ən güclü, ən şərəfli və ən məğrur dövrünü yaşamaqdadır.
Möhtərəm cənab Prezident, bu sevinci və iftixarı bizə bəxş etdiyiniz, Ağdabanlı şair Qurbanın, Dədə Şəmşirin, Ağdaban faciəsində həyatını itirən günahsız qurbanların, o torpaqlara qovuşmaq həsrəti ilə dünyadan köçən bütün insanlarımızın ruhların şad etdiyiniz üçün Sizə Kəlbəcər ictimaiyyəti adından, 84 yaşlı ağbirçək anamın, bu nəslin torpaqlarımızın azadlığı uğrunda qurban verdiyi on üç şəhidin, o cümlədən yaxın qohumum olan iki Milli Qəhrəmanın ailələri və Aşıq Şəmşir nəsili adından dərin hörmət, ehtiram, sevgi və məhəbbətimi bildirirəm.
Siz hər bir azərbaycanlının dayağı, iftixarı və qürur mənbəyisiniz. Azərbaycanımızı işıqlı gələcəyə, qələbələrə, bəxtiyarlı günlərə apardığınız bu şərəfli yolda Uca Allah Sizi, Mehriban xanım Əliyevanı və Azərbaycanımızı qorusun. Sizin rəhbərliyiniz altında işləmək, Vətənimizə, xalqımıza xidmət etmək böyük şərəfdir. Böyük Allah Sizi, dövlətimizi, xalqımızı, ailənizi qorusun. Uca Tanrı daim Sizə yar olsun.
Dərin hörmət və ehtiramla,
Cavid Qurbanov
Ağdaban sakini, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar