Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zaqatalada itən hindistanlı turist niyə tapılmır? - 3 AY TAMAM OLDU

Tarix: 11-08-2022 15:13     Baxış: 4254 A- / A+
Zaqatalada hindistanlı turistin yoxa çıxmasından 3 ay ötür.
Manevr.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov ölkə.az-a açıqlamasında bildirib ki, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir. 
Axtarışlara qoşulan könüllü dağçılar bildirir ki, 3 ay müddətində turistin tapılmaması bir çox suallar yaradır. Buna baxmayaraq axtarışlar davam etdirilir. Əgər bu ay da axtarışlar nəticə verməsə payızda kompleks axtarışlara başlamaq lazımdır. Belə ki, payızda ağacların yarpaqları tökülür və bu meşəlik ərazidə müşahidələrin daha yaxşı aparılmasına imkan verir. 
Qeyd edək ki, Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath mayın 11-də Zaqatalaya gəlib. O, mayın 12-də Zaqatalada qaldığı hoteli tərk edərək dağa qalxıb.
Turist itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəliblər. Onlar hələ də rayondadırlar. 
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
3 ay keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar