Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənilər bu yoldan istifadə edəcək-XƏRİTƏ

Tarix: 11-08-2022 13:19     Baxış: 3309 A- / A+


Ermənilər bu yoldan istifadə edəcək-XƏRİTƏ

Azərbaycan Laçın şəhərindən yan keçməklə Xankəndi və Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək yeni yolu avqustun 25-də təhvil verəcək. 
Manevr.az xəbər verir ki, erməni “Telegram” kanallarında yayılan məlumatda belə deyilir. Sosial şəbəkədə həmçinin, yeni dəhlizin istifadəyə verilməsindən sonra ermənilərin müvəqqəti istifadə edəcəyi yolun xəritəsi də göstərilib. 
Qeyd edilir ki, yolun Ermənistan ərazisindən keçəcək hissəsinin inşası 250 günə yekunlaşacaq. Əlavə edək ki, Ermənistan əvvəllər də Əkərək-Kornidzor yolunun 2023-cü ilin aprel-may ayında istifadəyə veriləcəyini bildirib. 
Laçın şəhərindən yan keçən yeni dəhliz isə xəritədə təqdim edildiyi kimi olacaq. Yolun Azərbaycan ərazisindən keçən hissəsi qırmızı rəngdə göstərilib. Bu yol Zabux çayından başlayaraq, Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçəcək. Ermənistan ərazisindən çəkilməli olan yol narıncı rəngdə təsvir olunub və ümumi uzunluğu 8 kilometr təşkil edəcək. Lakin həmin hərəkət marşrutu hələlik mövcud olmadığından, ermənilər xəritədə göy rəngdə göstərilmiş 3-4 kilometr uzunluğunda torpaq yoldan istifadə edəcəklər./cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar