Xəbər lenti
İnternet tariflərinin bahalaşmasına Osman Gündüzdən REAKSİYA
Ötən gün “Baktelecom” və “Aztelekom GPON” texnologiyası ilə fiber optik internet xidməti üçün yeni tarif paketi təqdim edib. Artıq bu xidmətdən istifadə edənlər üçün əvvəlki 4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib.
Qiymətlər artaraq - 4 Mb/s- ya görə 10 manat ödəyənlər üçün indi 15 Mb/s 15 manat, 10Mb/s- ya görə 12.5 manat ödəyənlər də üçün isə indi 30 Mb/s 18 manat olub.
Manevr.az-ın məlumatına görə, internet tariflərinin bahalaşması ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, birdən-birə hamı üçün yüksək sürətlər təklif etmək və buna uyğun da əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb etmək doğru yanaşma deyil:
“Heç bir investisiya yatırımı, böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək ödənişlə yüksək də sürət əldə etməyə məcbur edə bilməz. Bu, doğru olmazdı. Xüsusən də, bazarda hökmran mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir. İnternetə əlçatanlığın insanların əsas fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda yüksək sürətə ehtiyacı olmayanlar üçün əvvəlki ödəniş səviyyəsində, təxminən 10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi.Əminəm ki, xeyli sayda GPON istifadəçiləri daha böyük sürət seçiminə üstünlük verəcəklər”.
“Nazirlik hazırda həm də tənzimləyicidir. Təəssüf ki , hələlik bu funksiyanı yerinə yetirməli olan, Prezident fərmanı əsasında yaradılan İKT Dövlət Agentliyi də formalaşmayıb. Nizamnaməsi hələ də yoxdur, rəhbərliyi də həmçinin. Fikrimcə, Nazirlik tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir. Qısa bir araşdırma ilə görmək olar ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderdən də bahadır. Hansı ki , normalda bu tərsinə olmalıdır./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar