Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

AZAL pandemiyadan sonra ilk dəfə bu ölkəyə reysi həyata keçirib

Tarix: 10-08-2022 20:18     Baxış: 4245 A- / A+

Bu gün Azərbaycan Hava Yolları (AZAL) Hindistanın paytaxtı Dehlidən Bakıya pandemiyadan sonra ilk birbaşa reysi həyata keçirib.
 
Manevr.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanına enən sərnişinləri Hindistan Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar qarşılayıb.
 
V.Kumar bildirib ki, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcək. Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.
 
Bollivudun bir sıra məşhur simaları Dehlidən Bakıya ilk uçuşla gəliblər. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında ənənəvi Azərbaycan rəqsləri ilə qarşılanıblar. Tədbir zamanı cənab Vinay Kumar iki ölkə arasında sıx tarixi və mədəni əlaqələrin olduğunu qeyd edərək, iki ölkə arasında birbaşa aviareyslərin iqtisadiyyat, mədəniyyət və turizm kimi müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.
Səfirliyinin müvəqqəti işlər vəkili vurğulayıb ki, daha sürətli və rahat nəqliyyat əlaqəsi, eləcə də asan elektron viza prosedurlarının köməyi ilə daha çox azərbaycanlı turist Hindistanda çoxsaylı təbii-landşaft obyektləri, zəngin təbbi və milli irs, tarixi, coğrafi və mədəni müxtəlifliklər də daxil olmaqla cəlbedici turizm istiqamətlərinin geniş müxtəlifliyindən faydalana bilərlər.
 
2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 739,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 107,7 % artaraq 895,95 milyon ABŞ dolları həcmində olub. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir.
 
V.Kumar əlavə edib ki, iki ölkə arasında birbaşa aviareysin ikitərəfli ticarəti daha da inkişaf etdirməsi gözlənilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar