Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı-Gəncə qatarında yenilik: kassaya yaxınlaşmaq lazım olmayacaq

Tarix: 08-08-2022 12:46     Baxış: 4217 A- / A+


Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn rejimdə elektron bilet alan sərnişinlərin kassaya yaxınlaşmasına ehtiyac olmayacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, ADY-nin rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına 10 avqust 2022-ci il tarixindən etibarən onlayn rejimdə alınmış biletlər artıq avtomatik olaraq elektron qeydiyyatdan keçirilir. Bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmır.
Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatı qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri tərəfindən yoxlanılacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.
Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.
Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.
ADY sərnişinlərə verilən onlayn xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.
Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.
Qeyd edək ki, sərnişinlər avqust ayının 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar