Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Anonim mesajlarla bağlı vətəndaşlara xəbərdarlıq

Tarix: 06-08-2022 19:51     Baxış: 3259 A- / A+


Vətəndaşlara anonim mesajlarla bağlı xəbərdarlıq

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar aktual olan fişinq (phishing) hücumları ilə əlaqədar vətəndaşlara tanımadıqları şəxslər tərəfindən göndərilən mesajlara və e-poçt məktublarına qarşı həssas yanaşmağı tövsiyə edir”.
Manevr.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Vətəndaşlardan xahiş olunur ki, onlara göndərilən şübhəli keçidlərə daxil olmasınlar, bu tipli mesaj və məktublarla göndərilən faylları yükləməsinlər, doğruluğundan əmin olmadıqları mesajları digər şəxslərə yönləndirməsinlər, onlara yönləndirilən belə mesajlara etibar etməsinlər və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar:
“Həmçinin vətəndaşlara tanımadıqları mənbələrdən daxil olan zənglərə qarşı diqqətli olmaq, zəng və ya mesaj vasitəsilə onlara məxsus fərdi məlumatlar tələb edildikdə, bu məlumatları təqdim etməmək tövsiyə edilir”. 
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil edir, internet informasiya ehtiyatlarının monitorinqini həyata keçirir, baş vermiş kiberhücumlarla bağlı məlumatların operativ qəbulunu təşkil edir. ETX hücumlara qarşı müvafiq tədbirlər görür, həmçinin mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir.
Vətəndaşlardan xahiş olunur ki, hər hansı kiberhücum halları ilə qarşılaşdıqda www.cert.az internet informasiya ehtiyatı və reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar