Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Tarix: 06-08-2022 09:31     Baxış: 4280 A- / A+

Xəbər verildiyi kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. 

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. 
Hadisə yerli hüquq-mühafizə orqanmları tərəfindən araşdırılır. Londonda Azərbaycan səfirliyinə edilən hücumun məsuliyyətini “Mehdinin xidmətçiləri birliyi” deyilən şiə qruplaşması öz üzərinə götürüb. 
Küveyt əsilli qruplaşma 2008-ci ildə Londonda yaradılıb. Qrupun lideri Yasir Əl-Həbib “radikal sağçı” hesab edilir. Hadisədən sonra müəyyən variantlar səsləndirilir. Həmin qrup üzvlərinin və Böyük Britaniyada qeydiyyatdan keçən “Khoddam Al Mehdi” (Mehdinin nökərləri və ya xidmətçiləri) MMC-nin rəhbərlərinin fəal bizneslə məşğul olduqları deyilir. “Fədək” (Fadak Satallite Channel) adlı peyk telekanalları, market və restoran şəbəkələrinin onlara məxsus olduğu iddiaları var. 
Sosial şəbəkələri istifadəçiləri Azərbaycanda da eyni adda restoran və market şəbəkəsinin fəaliyyət göstərdiyini yazır və müxtəlif ehtimallar səsləndirir. 
Cebhe.info-nun araşdırması göstərib ki, ölkəmizdə bu adda bir neçə restoran, kafe , market və gül dükanı fəaliyyət göstərir. “Fədək” adlı restoranlar paytaxtın fərqli ərazilərində, Lənkəranda və digər rayonlarda, market və gül dükanları isə paytaxtda, Sumqayıtda və cənub rayonlarında var. Həmin obyektlərin rəhbərləri ilə əlaqə saxlamağa çalışdıq. Əlaqə saxladığımız bəzi obyektlərdən qətiyyətlə şəbəkə biznesinə aid olmadıqlarını bildirildi. 
Bakının Xətai rayonunda Gəncə prospektində yerləşən “Fədək” restoranından isə Cebhe.info-ya bildirdilər ki, restoran əvvəlllər şəbəkə biznesinə aid olub, lakin sonra ayrılıb: 
“Əvvəllər Bakının bir neçə yerində yerləşən “Fədək” restoranlarının hamısı bir mərkəzə aid idi. Badamdar, Qara Qarayev, Binə Ticarət Mərkəzi, Hövsan ərazilərində olan restoranlar bizə aid idi. İllərdir ki, bu restoranlar ayrılıb. Bu addan çox adam istifadə edir, ən çox da işlədənlər ibadət əhlidir. Fədək Fatimeyi-Zəhranın bağının adı olub. Yəni o adın altında haramlıq eləmək olmaz. Bizə aid olan filialda hansısa təşkilatla əlaqə mümkün olan bir şey deyil. Əlbəttə, bizdə ibadət edənlər var, amma nəyəsə qarışanlar yoxdur. Fədək sadəcə addır. Bizim nə şiə, nə də ümumiyyətlə, vəhabi adına zərrə qədər aidiyyətimiz yoxdur. Bizdə şiə namazı da, əhli-sünnə namazı da qılanlar var. Burada hər kəs başını aşağı salıb, çörəyini qazanır. Hər bir kəs və dövlət orqanları da gəlib yoxlaya bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar