"Manatın hazırkı durumunu müsbət qiymətləndirirəm. Çünki faktiki olaraq ölkənin tədiyə balansı birinci rübdə müsbət saldo ilə 3,9 milyard manat olub. Ticarət balansı da müsbət saldo ilə 5,5 milyard dollar olub. Hər iki göstəricinin müsbət olması manatı möhkəmləndirən amil kimi dəyərləndirilir".
Manevr.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib.
O bildirib ki, hazırda ölkənin əsas ixrac məhsulu olan neftin qiyməti dünya bazarında yüksəkdir. Bu ilin sonuna qədər neft qiymətlərində ciddi çöküşlərin olma ehtimalı çox aşağıdır:
"Yəni ölkənin tədiyə balansı bu ilin sonuna qədər müsbət saldoda qalacaq. O cümlədən ticarət balansının da müsbət saldoda qalma ehtimalı yüksəkdir. Bunlar isə manatı möhkəmləndirən faktorlardır. Növbəti il də eyni temp gözlənilir. Neftin və qazın qiymətlərindəki artım növbəti ildə də manata müsbət təsir edəcək amillər kimi xarakterizə oluna bilər".
ƏSAS RİSKLƏR
"Pandemiya ciddi şəkildə yayılarsa (2020-ci ildəki sərt qapanmaların olma ehtimalı aşağıdır), digər bir virus ortaya çıxarsa, yaxud da meymunçiçəyi nəzərdə tutulandan qat-qat sürətlə yayılarsa, ortaya gözlənilməz risklər çıxarsa, əlbəttə ki, vəziyyət dəyişə bilər. Amma hər bir halda hazırkı virus 2020-ci ilin əvvələrindəki koronavirus qədər qorxulu deyil. Bu səbəbdən də bu risk nisbətən hazırda aşağı qiymətləndirilir. Amma qlobal iqtisadiyyatdakı təlatümlər, resessiyaların baş verməsi, bunun böhrana çevrilmə ehtimalı və s. hər bir halda dünya iqtisadiyyatı üçün daha ehtiyatlı mövqe tutmağa əsas verir.
Lakin hazırda neft və qaz qiymətlərini formalaşdıran amillər başqadır. Hətta müəyyən böhran olsa da, neftə və qaza olan tələbat aşağı düşsə də, bu, onların qiymətinin çökməsi anlamına gəlmir. Çünki Rusiya-Ukrayna müharibəsi, Rusiya qazının Avropadan yavaş-yavaş kəsilməsi və Avropanın yeni qaz mənbələrinə müraciət etməsi, enerji alışını diversifikasiya etməyə çalışması və bunu davam etdirməsi hər bir halda qaza olan tələbi davamlı olaraq gündəmdə saxlayacaq çox önəmli faktlardır.
O səbəbdən də neft və qaz qiymətlərində kəskin çöküş olacaq və yaxud da bu, neft ixrac edən ölkələrə kəskin şəkildə təsir edəcək kimi fikirlərin əsası yoxdur. Burada ehtimal aşağıdır".
CİDDİ ANALİZƏ EHTİYAC VAR
"Digər məsələ ondan ibarətdir ki, biz hər bir halda istər tədiyə, istərsə də ticarət balansımızın tərkib hissələrini, idxal və ixracdakı əsas komponentləri ciddi şəkildə analiz etməliyik. İqtisadiyyatımızı ixrac yönümlü düşündüyümüz üçün getdikcə yaş məhsul əvəzinə yarımfabrikat və hazır məhsulların ixracı prioritetə çevrilməlidir. Bu fikir neft və qeyri-neft sektorunda öz aktuallığını saxlayır. Hər bir halda tədiyə balansındakı ölkəyə daha çox valyuta gətirən hissələri təhlil edərək onları daha da artırmaq, ölkədən valyuta çıxışına səbəb olan məsələlər də var ki, onları da nisbətən azaltmaq və idxalı əvəzləmək məsələsi də gündəmdədir. Amma hər bir halda idxalı əvəzləmək yerinə daha çox ixracı artırmaq ölkə üçün prioritetdir".
Devalvasiya gözlənilirmi?
"Hazırda devalvasiya gözlənilmir. Səbəbi yalnız ticarət və tədiyə balanslarındakı müsbət saldo deyil. Çünki həmin saldoları biz dərindən analiz etsək, görülməli işlərin çox olduğu ortaya çıxar. Hazırda devalvasiya haqqında danışılması, yaxud da həmin gözləntinin yaradılması doğru deyil. Çünki devalvasiya inflyasiya kimi gözləntisi çoxaldıqca təzyiqi artan bir faktordur.
O səbəbdən də biz hazırda birmənalı şəkildə devalvasiyanın olma ehtimalının aşağı olduğunu nəzərə almalıyıq. Çünki burada təkcə iqtisadi amillər yoxdur. Ölkəmizin qarşısında duran bir çox məsələləri həll etmək istəyi var. Bu məsələləri həll edəcək olan ölkə bu vəziyyətdə, mərhələdə devalvasiyaya qətiyyən getməz. Buna əsas da yoxdur. Rəqəmlər devalvasiyanı zəruri etmir və bu halda da regionda baş verən hadisələri, geosiyasi vəziyyəti və s. nəzərə alsaq, iqtisadi göstəricilərin zəruri etmədiyi devalvasiyaya getmək hər bir halda düşünürəm ki, doğru olmaz. Nəticə etibarı ilə ölkəmizin bu il ərzində devalvasiyaya getmə ehtimalı çox aşağıdır. Həmçinin, dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik, Azərbaycana təsirləri, o cümlədən pandemiya ilə bağlı qeyri-müəyyən vəziyyət bunu deməyə əsas verir".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar