Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası Araz Zeynalovun vəfatı ilə bağlı nekroloq yayıb

Tarix: 04-08-2022 11:38     Baxış: 3287 A- / A+
Mətbuat Şurası Araz Zeynalovun vəfatı ilə bağlı nekroloq yayıb

Mətbuat Şurası tanınmış jurnalist Araz Zeynalovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.Nekroloqda deyilir:
"Azərbaycanın müasir dövr jurnalistikasının tanınmış simalarından olan Araz Zeynalov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Araz Hidayət oğlu Zeynalov. 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.
A.Zeynalov mənalı ömür yaşayıb. Bu ömrə məna verən onun söz sənətinə könüldən bağlılığı, sözün məqamını daim uca tutması olub. Yaddaşlarda da jurnalistikaya kübarlıq, alicənablıq gətirməyi bacaran həmkar kimi qalıb.
A.Zeynalov çalışdığı “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında özünəməxsus peşəkarlıq dəst-xətti ilə seçilməklə yanaşı, bu media orqanlarında fəaliyyətə başlamış gənc həmkarları üçün örnəyə, etalona çevrilmişdi. Onlara praktik müstəvidə peşənin sirlərini öyrətmiş, jurnalistikanın məziyyətlərinə qatlaşmağı, incəliklərini nəzərə almağı zövq işi kimi aşılamışdı.
Onu tanıyan hər kəs üçün qayğıkeşlik, təəssübkeşlik, səmimiyyət nümunəsi olan, düşüncələrdə canlı məktəb kimi qalan A.Zeynalovun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini, acılarını bölüşürük.
Allah rəhmət eləsin!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar