Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu çıxdı

Tarix: 31-07-2022 15:57     Baxış: 4305 A- / A+
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq etmiş şəxsin icra başçısının qohumu olması müəyyən edilib.
Manevr.az xəbər verir ki, iyulun 27-də saxlanılan Elvin Əliyev Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğludur.
Məlumata görə, həmin şəxsin ilk dələduzluğu olmadığından, icra başçısı onu xilas etməyə çalışmayıb.
Qeyd edək ki, vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb, onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank hesabına köçürülməsini təmin edib dələduzluq yolu ilə ələ keçirib.
Bu əməllərinə görə Elvin Əliyev 27 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar