Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Yaşı 40-ı keçənlər üçün tövsiyələr

Tarix: 31-07-2022 15:02     Baxış: 4286 A- / A+


Yaşı 40-ı keçənlər təzyiqlərini, şəkəri və xolesterini daim nəzarətdə saxlamalıdır.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tanınmış həkim və aparıcı Aleksandr Myasnikovun "Telegram" kanalında yayılan tövsiyədə bildirilir. Ekspert bu məsləhətlərin izləyicilərdən biri tərəfindən göndərildiyini, buna baxmayaraq, söylənilən hər bəndlə razılaşdığını vurğulayıb.
"40-dan 90-na" olanlar üçün tövsiyədə həmçinin triqliserid və sidik turşusunu yoxlamaq tövsiyə edilir.
"Bu yaş kateqoriyasında olanlar duz, şəkər, ağ un, süd məhsulları, işlənmiş qidalar və bulyon kublarının qəbulunu minimuma endirməlidirlər. Çoxlu miqdarda tərəvəz, paxlalılar, lobya, qoz-fındıq, yumurta, soyuq preslənmiş yağlar və meyvələr istehlak etmək lazımdır", - deyə müəllif əlavə edib.
Bundan başqa insanlar çox gülümsəməyə, öz templərində idman etməyə, çəkilərinə nəzarət etməyə və ailələri ilə vaxt keçirməyə təşviq edilib.
"Su içmək üçün susamağı, istirahət etmək üçün yorulmağı, tibbi müayinədən keçmək üçün xəstələnməyi, Allaha inanmaq üçün möcüzələrin baş verməsini gözləməyin. Özünüzə olan inamınızı heç vaxt itirməyin", - mətnin müəllifi yazıb.
O, bütün insanları pozitiv qalmağa və həmişə daha yaxşı sabaha ümid etməyə çağırıb.
"Üç şeyi unutmağa çalışmalısınız: yaşınızı, keçmişinizi, şikayətlərinizi. Həyatda vacib olan üç əsas şey isə bunlardır: dostlar, müsbət düşüncələr, təmiz və qonaqpərvər bir ev", - deyə müəllif sözlərini yekunlaşdırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar