Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yaylaq Festivalındakı böyük tıxacla bağlı DİN-dən AÇIQLAMA

Tarix: 31-07-2022 10:28     Baxış: 3269 A- / A+
Yaylaq Festivalındakı böyük tıxacla bağlı
Sosial şəbəkələrdə və mediada Azərbaycanda keçirilən II Yaylaq Festivalı zamanı böyük tıxacların olması və bunun vətəndaşların narazılığına səbəb olması ilə bağlı məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Göygöl rayonunda keçirilən festivalla bağlı polis gücləndirilmiş iş rejiminə keçib:
“Həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə polis əməkdaşları müvafiq tədbirlər görüb. Festivala gələn avtomobillər əraziyə növbəli şəkildə buraxılıb. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir və həmin ərazidə olan yol bir tərəfli olmaqla bərəbar, sərt dolanbac və yoxuşludur. Bu səbəbdən orada adi günlərdə də avtomobillər aşağı sürətlə hərəkət etməlidir. Ötən gün yağışlı hava şəraiti ilə əlaqədar olaraq vətəndaşlar eyni anda festival ərazisini tərk etməyə başladı ki, bu zaman da DYP əməkdaşları vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətəni təmin etdi. Onu da qeyd edim ki festival müddətində nə cinayət, nə inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər, hər hansı yol-nəqliyyat hadisəsi də baş verməyib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar