Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən Kəlbəcərdəki tornado ilə bağlı açıqlama - VİDEO

Tarix: 30-07-2022 14:46     Baxış: 4416 A- / A+

"Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib".
Manevr.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb: "Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub.
Topa yağış buludlarının şaquli ölçülərinin böyük, təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb".
G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar