Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiyaların artacağı tarix AÇIQLANDI

Tarix: 28-07-2022 15:31     Baxış: 5268 A- / A+
Pensiyalar artacaq – TARİX AÇIQLANDI
"2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək”.
 
Bunu açıqlayan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda göstərilən məsələ ilə bağlı müddəaları şərh edib.
Onun sözlərinə görə, sənəddə nəzərdə tutulan istiqamətlərdən biri də əhalinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır: “Sosial sahə Strategiyada xüsusi olaraq diqqətdə saxlanılır. Buna uyğun olaraq, pensiya və əmək haqlarında artımın dövlət tərəfindən dəstəklənməsi, o cümlədən dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin həcminin artırılması proqnozlaşdırılır. Ümumiyyətlə, hesab edirəm ki, qeyri-neft sektorunun güclənməsi və ixrac imkanlarının artırılması ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bu da nəticə etibarilə sosial təminat üçün yeni maliyə bazasını formalaşdırır”./Publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar