Xəbər lenti
Ağalılar İŞLƏ necə təmin olunur? - Sakinlər DANIŞIR
Bəs doğma yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlər, onların azyaşlı övladları Ağalı kəndinə adaptasiya ola biliblərmi?
Ümumiyyətlə, Ağalıya qayıdan sakinlərin işlə təminatı hansı səviyyədədir?
Bununla bağlı Ağalıya ilk qayıdan sakinlərlə əlaqə saxlayıb fikirlərini öyrənməyə çalışdıq.
Manevr.az-ın məlumatına görə, Ağalı sakini Vəliyyədin Paşayev publika.az-a açıqlamasında bildirdi ki, elə ilk gündən özü və ailə üzvləri doğma kəndlərinə adaptasiya olublar: “Necə uyğunlaşmayaq, 30 il həsrətlə qayıdacağımız günü gözlədiyimiz kəndimizdir. Elə ilk gündən buraya uyğunlaşmışıq. Hər şey çox gözəldir. Azyaşlılar da uyğunlaşıblar, deyib-gülürlər, oynayırlar, həyətdə qaçışırlar. Mən hələ köçdən əvvəl kənddə idim. Hazırda kəndimizdə fəaliyyət göstərən tikinti şirkətində işləyirəm. Digər insanlar hələ ki, işləmir. Amma söz veriblər, ən qısa zamanda işlə təmin olunacaqlar”.
Kənd sakini Telman Mirzəyev də Ağalıya elə ilk saatlardan buradakı mühitə adaptasiya olduğunu söyləyir:
“Əlbəttə, hər kəs adaptasiya olub. Buranın gözəl və səfalı təbiətinə, təmiz havasına uyğunlaşmamaq mümkündürmü?! Tək mən yox, ailəm də, buraya köçənlərin hamısı, hətta uşaqlar da sevinirlər. Elə ilk saatlardan adaptasiya olublar. İşsiz sakinlərin işlə təmin olunacaqlarını deyiblər. İşlə təmin olunanların da sayı kifayət qədərdir. Məsələn, mən məktəbdə təsərrüfat müdiriyəm. Həyat yoldaşım baxçada işləyəcək. Hamıya iş verirlər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar