Xəbər lenti
“Prezidentin tapşırıqları bütövlükdə məmur ordusuna aiddir” – Aqil Məmmədov
Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı etdiyi çıxış və tapşırıqlar, yalnıb bu icra başçılarına deyil, bütövlükdə ölkənin məmur ordusuna aiddir. Hər kəs cənab Prezidentin səsləndirdiyi fikirlərdən özü üçün nəticələr çıxarmalıdır”.
Manevr.az-ın məlumatına görə, bu fikirlərin müəllifi Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, istər yeni təyin olunan icra başçıları, istərsə digərləri daim vətəndaşlarla təmasda olmalıdırlar: “Məmurlar vətəndaşlar üçün əlçatan olmalıdırlar. İcra başçılarının fəaliyyəti yalnız kabinet və qapalı auditoriyalar olmalı deyil. Ən ucqar kəndlərə getmək, insanları yerində dinləmək, onların qayğıları ilə yerində tanış olmaq, problemlərin həllinə çalışmaq bir nömrəli vəzifə olmalıdır. İcra başçılarl unutmamalıdırlar ki, onlar ölkə Prezidentinin yerlərdəki rəsmi təmsilçiləridir. Cənab Prezident özü daim bölgələrdə olur, verdiyi tapşırıqların, qəbul etdiyi qərarların icrası ilə birbaşa tanış olur. Lakin, dövlət başçısının ölkənin hər bir kəndinə, bucağına getməyə fiziki baxımdan vaxtı, imkanı çatmaz. Bu baxımdan, icra başçıları icra hakimiyyəti orqanının yerlərdəki bir nömrəli təmsilçisi kimi məsul olduqları inzibati ərazini daim diqqətdə saxlamalıdırlar. Əgər belə olarsa, yerlərdə ciddi problemlər aradan qalxar”.
Millət vəkilinin sözlərinə görə icra başçılarının nəzərində olmalı digər məsələ şəhid ailələrinə, qazilərə hər iki Vətən müharibəsi iştirakçılarına xüsusi diqqətdir: “Bu gün Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial və mənəvi müdafiəsi üçün böyük işlər görür, hamını əhatə edəcək proqramlar həyata keçirir. Şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilib, minlərlə minik maşınları verilib. Və bu proses davam etdirilir. Bununla belə rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara yanaşmanı əsas vəzifələrdən biri kimi nəzərdə saxlamalıdırlar. Doğrudur, bəzən hansısa məsələlər icra hakimiyyətinin səlahiyyətinə aid olmur. Bu halda da, vətəndaşı dinləmək, ona qanunvericiliyi izah etmək və vətəndaşın başqa müvafiq quruma müraciət etməsinə yardımçı olmaq lazımdır”.
A.Məmmədov yerlərdə ictimai nəzarət mexanizmlərinin işlək olmasının vacibliyinə də diqqət çəkib. Bildirib ki, icra hakimiyyəti yanında ictimai şuraların formalaşdırılmasına dəstək verilməlidir. İcra hakimiyyəti orqanları ictimai nəzarətin təşkili və işlək olması şəraitində öz işini effektiv qura bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar