Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

944 nəfərin Azərbaycan vətəndaşlığından çıxmasının səbəbi nədir?

Tarix: 28-07-2022 09:46     Baxış: 4242 A- / A+

"Onların hamısı ölkədən işsizlik üzündən gedir”.

Manevr.az
xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu 2021-ci ildə 944 nəfərin Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına aydınlıq gətirərkən deyib. O, indi dünyanın hər yerində Azərbaycan vətəndaşlarının yaşadığını diqqətə çəkib:

"Xarici ölkələrdə xeyli Azərbaycan vətəndaşı var. Elə bir ölkə yoxdur ki, orada azərbaycanlılar olmasın. Onlar artıq həmin ölkələrdə müəyyən mövqelər tutublar, özlərinin səlahiyyətləri var, hətta qohum-əqrəbaları üçün də orada yaşamağa şərait yarada bilirlər. Azərbaycandan xarici ölkəyə üz tutanda tanış və qohumlarının yanına yerləşirlər”. 
 

Sosioloq hesab edir ki, əgər Azərbaycanda yetərincə iş yerləri olsa, xaricə üz tutanların sayında azalma müşahidə olunar:

"Çox təəssüf ki, Azərbaycanda iş yerlərinin açılmasına diqqət yetirilmir. İnvestorlar Azərbaycana cəlb olunmalıdır. Biz niyə iş yeri açmırıq, bu mənimçün qaranlıqdır. Asan yolla Azərbaycanda xeyli iş yeri açmaq olar. Bir mineral su zavodu açmaqla 500 nəfəri işlə təmin etmək olar. Amma bunu edən lazımdır”.

Qeyd edək ki, 2021-ci ildə 944 nəfər Azərbaycan Respublikası vətəndaşlığından çıxıb. 2019-cu ildə isə Azərbaycan Respublikası vətəndaşlığından çıxmaqla bağlı 449 müraciət qeydə alınıb. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar