Manevr.az xəbər verir ki, videoda aparıcı görmə məhdudiyyətli qaziyə zərf verərək "Sən onsuz da saya bilməyəcəksən" deyib.
Baş verənlərlə bağlı BAKU.WS-ə açıqlama verən aparıcı sözügedən görüntülərin bütöv versiyası olduğunu, sadəcə o hissəni kəsib paylaşaraq onu nüfuzdan salmaq istəyən qruplaşmaların olduğunu qeyd edib:
"Videoda 3 qazi var. Mən onlara maddi yardım olaraq öz cibimdən hərəsinə 1000 dollara yaxın təxmini 1600 AZN pul vermişəm. Yayılan görüntülər həqiqəti əks etdirmir. O videonun uzun versiyası var. Sadəcə məni gözdən salmaq istəyənlər o hissəni kəsərək paylaşıb. "Sən onsuz da saya bilməyəcəksən" sözlərini dediyim qazinin xalası oğlu da orada idi. O məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar".