Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Maskaya qayıdış olacaqmı? - “Məsələyə payızda aydınlıq gələcək“

Tarix: 27-07-2022 08:05     Baxış: 3277 A- / A+

"Ölkədə yoluxma sayında mənfi dinamika izlənsə də, hələ ki bunun çox sürətli olmasını müşahidə etmirik".


Bunu Səhiyyə Nazirliyinin eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, epidemioloji vəziyyət nəzarət olunan səviyyədədir:

"Digər tərəfdən, əksər xəstələnmə halları yüngül keçir, xəstəxanaya yatırılma sayı böyük deyil. Epidemioloji durumun daha öncə pisləşdiyi ölkələrdə də eyni halın yaşandığını, ağır formaların və ölüm sayının artmadığını nəzərə alaraq hələ ki sərt tədbirlərin tətbiqi real görünmür. Qapalı məkanlarda maskanın istifadəsi tövsiyə xarakterlidir və düşünürəm ki, onun məcburi olub-olmaması məsələsinə payızda aydınlıq gətiriləcək".

Təyyar Eyvazov onu da qeyd edib ki, yeni ştamlar da koronovirusun növləri olduğu üçün nəsə fərqli bir mübarizə üsulu yoxdur:

"Sadəcə insanlar vəziyyətin pisləşdiyi dövrlərdə daha diqqətli olmalı və sıx toplaşma məkanlardan mümkün qədər çəkinməlidir.

Vaksinasiya prosesinə qatılmayanlar bu prosesə mütləq qatılmalıdırlar. Buster doza almayan vətəndaşlar da gücləndirici doza vurdurmalıdırlar. Çünki hazırda mövcud olan vaksinlər xəstəliyin daha yüngül keçməsi və ölümlərin azalması istiqamətində təsirlidir". apa 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar