Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Maskanın məcburi olub-olmaması payızda bilinəcək”

Tarix: 26-07-2022 18:21     Baxış: 4288 A- / A+
“Maskanın məcburi olub-olmaması payızda bilinəcək”“Ölkədə yoluxma sayında mənfi dinamika izlənsə də, hələ ki bunun çox sürətli olmasını müşahidə etmirik”.
Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Səhiyyə Nazirliyinin (SN) mütəxəssis eksperti - infeksionist Təyyar Eyvazov deyib.
“Digər tərəfdən, əksər xəstələnmə halları yüngül keçir, xəstəxanaya yatırılma sayı böyük deyil. Epidemioloji durumun daha öncə pisləşdiyi ölkələrdə də eyni halın yaşandığını, ağır formaların və ölüm sayının artmadığını nəzərə alaraq hələ ki sərt tədbirlərin tətbiqi real görünmür. Qapalı məkanlarda maskanın istifadəsi tövsiyə xarakterlidir və düşünürəm ki, onun məcburi olub-olmaması məsələsinə payızda aydınlıq gətiriləcək”.
Təyyar Eyvazov onu da qeyd edib ki, yeni ştamlar da koronovirusun növləri olduğu üçün nəsə fərqli bir mübarizə üsulu yoxdur: “Sadəcə insanlar vəziyyətin pisləşdiyi dövrlərdə daha diqqətli olmalı və sıx toplaşma məkanlardan mümkün qədər çəkinməlidir. Vaksinasiya prosesinə qatılmayanlar bu prosesə mütləq qatılmalıdırlar. Buster doza almayan vətəndaşlar da gücləndirici doza vurdurmalıdırlar. Çünki, hazırda mövcud olan vaksinlər xəstəliyin daha yüngül keçməsi və ölümlərin azalması istiqamətində təsirlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar