Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Elmira Axundova dövlət qurumunu məhkəməyə verdi

Tarix: 26-07-2022 16:02     Baxış: 5271 A- / A+

Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundova dövlət qurumunu məhkəməyə verib. 


Manevr.az xəbər verir ki, səfir Bakı İnzibati Məhkəməsində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 1 saylı Ərazi İdarəsi barəsində iddia qaldırıb. 

İddia Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatındadır. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Bu iş üzrə Elmira Axundovadan başqa daha iki iddiaçı var. Onlardan biri Əzizov Aydın Məmmədrza oğlu, digəri isə Abbasov Eldar Süleyman oğludur. 

Aydın Əzizov barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Eldar Abbasova gəlincə, o, "Elit” apteklər şəbəkəsinin sahibi kimi tanınır. 
Mediada gedən məlumatlara görə, sözügedən apteklər şəbəkəsi əslində Elmira Axundovaya məxsusdur. Lakin Eldar Abbasov bu məlumatları təkzib edib. 

Elmira Axundova Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub. 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiridir. (qaynarinfo)

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar