Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan İrana dəmir yol xətti çəkiləcək: Rusiya böyük məbləğdə pul ayıracaq

Tarix: 26-07-2022 15:22     Baxış: 5264 A- / A+
Azərbaycandan İrana dəmir yol xətti çəkiləcək: Rusiya böyük məbləğdə pul ayıracaq
2030-cu ilə qədər Rusiya dəmir yollarının tikintisi və inkişafı üçün İrana 1,5 milyard dollar ayırmağı planlaşdırır.

Bu barədə “Vedomosti” nəşri Rusiyanın Nəqliyyat Nazirliyinin təqdimatına istinadən məlumat yayıb.

Bu vəsait Azərbaycanın sərhədyanı Astara şəhərindən İranın Rəşt şəhərinə qədər olan 164 kilometrlik xəttinin tikintisinə, həmçinin 495 kilometr uzunluğunda olan Gərmsar-İnçə-Burun xəttinin elektrikləşdirilməsinə sərf olunacaq. Hər iki istiqamət 20 il əvvəl yaradılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) bir hissəsidir.

Hazırda Astara ilə Rəşt arasında yüklər avtomobil nəqliyyatı ilə daşınır ki, bu da marşrutun inkişafına mane olur. Xəttin tikintisi 2 milyard dollar dəyərində qiymətləndirilir, Azərbaycan ilk 500 milyon dolları beş il əvvəl verib. Gələcəkdə İTC-nin ötürmə qabiliyyəti ildə 30 milyon ton olacaq.
Nəqliyyat Nazirliyinin təqdimatında göstərilib ki, İranda xəttin tikintisi bu istiqamətdə yük axınını ildə 3-10 milyon ton artıracaq. Malların Mumbaydan (Hindistan) Sankt-Peterburqa çatdırılma müddəti 15-24 günə enəcək, Süveyş kanalından keçən marşrut isə 30-45 gün müddətini yüklərin daşınmasına imkan verir.

Xatırladaq ki, keçən həftə Rusiya prezidenti Vladimir Putin İrana səfəri zamanı Astaradan Rəştə dəmir yol xəttinin çəkilməsində maraqlı olduğunu təsdiqləyib.sfera.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar