Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

WhatsApp-da YENİLİK - Silinən mesajlar bərpa ediləcək

Tarix: 26-07-2022 09:04     Baxış: 4289 A- / A+
Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp" xidmətlərini yeniləməkdə davam edir.
Manevr.az sfera.az-a istinadla xəbər verir ki, bu yaxınlarda məlum olub ki, platforma "mesajın redaktəsi" funksiyası üzərində işləyir.
Mesajlaşma proqramında hər kəsin bildiyi kimi mesajları silmək imkanı var. Bu funksiya "Hər kəs üçün Sil" və ya "Mənim üçün Sil" seçimləri ilə mesajları müəyyən müddət ərzində silməyə imkan verir.
"WebTekno"da verilən xəbərə görə, ortaya çıxan yeni funksiya ilə siz dostlarınıza sildikləri mesajları geri götürmələrini deyə biləcəksiniz.
"WABetaInfo"nun məlumatına görə isə "WhatsApp" əməliyyatı geri qaytarmağa imkan verən düymə üzərində işləyir. Bu xidmətin çox faydalı ola biləcəyini söyləmək mümkündür.
Məsələn, bir mesajı səhvən silsəniz, bu düymə sayəsində mesajı geri ala biləcəksiniz.
Sözügedən funksiyanın tətbiqdə necə görünəcəyi və istifadə olunacağı ilə bağlı məlumatlar açıqlanıb. Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində 'Mesaj Silindi' sözləri ilə bildiriş görünəcək.
Bu bildirişdə siz əməliyyatı geri qaytarmağa imkan verən 'Geri Al' düyməsini görə biləcəksiniz. Demək olar ki, bu, Gmail-dəki geri qaytarma funksiyasına bənzəyir.
Bu funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Geri qaytar düyməsinin "Hər kəs üçün sil" funksiyası ilə silinmiş mesajlarda işləyəcəyi məlum deyil. Ekran görüntüsündə yeni funksiyanın silinmiş mesajda "Məndən sil" ilə birlikdə istifadə ediləcəyi bildirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar