Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Polis Bərdədə əməliyyat keçirdi, saxlanılanlar var

Tarix: 25-07-2022 12:33     Baxış: 3197 A- / A+


 
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Anar Salmanov tutulub.
Onun yaşadığı evə baxış keçirilən zaman İran sakinindən onlayn yolla əldə etdiyi 2 kiloqram 159 qram heroin aşkar edilərək götürülüb.
Bundan başqa, keçirilən digər əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Salmanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən saman 41 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar