Xəbər lenti
Naxçıvana elektrotaksilər gətirildi

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində yeni gətirilən elektrotaksilər təqdim edilib.
Qeyd edilib ki, 6 yeni elektrobusun alınaraq Naxçıvan şəhərində marşrut xətlərinə buraxılması nəqliyyat sahəsində bir yenilik kimi həm sərnişinlərin rahatlığı, həm də xidmətin təşkili baxımından bir sıra üstünlüklərə səbəb olub. Həmin tədbirlərin davamı olaraq 2 elektrotaksi təqdim edilib.
Elektriklə işləyən avtomobillər ekoloji cəhətdən təmiz və qənaətcildir.
Çin istehsalı olan "CHANGAN AUCHAN" markalı bu nəqliyyat vasitələri 7 yerlikdir. Tam yüklü batareya ilə 300-350 kilometr məsafə qət edə bilir. Batareyaların tam dolması üçün ev şəraitində 5-7 saat, şarj aparatı ilə 100 dəqiqə kifayət edir. Nəqliyyat vasitəsinin maksimum sürət həddi 200 km/saatdır. Avtomaşın kondisioner və qızdırıcı sistemlə, ön və arxadan kameralarla təchiz olnub. Həmçinin yeni taksilərdə ABS əyləc sistemi, elektrikli pəncərələr və park radar sistemi mövcuddur. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar