Xəbər lenti
Hindistanda yağışı çağırmaq üçün qurbağaları evləndirdilər
Hindistanda yerli sakinlər iki qurbağa üçün toy təşkil ediblər.Hadisə Uttar-Pradeş ştatının Qorakhpur şəhərində baş verib. Mərasim yağış tanrısı İndranın şərəfinə keçirilib. Belə ki, bölgədə olduqca isti hava hökm sürür.
"Qurbağalar arasında nikah yağışı çağırmağa kömək edir, bu, zamanla sınaqdan keçirilmiş bir inancdır. Biz hamımız uzun müddət quraqlıqdan əziyyət çəkmişik, xüsusən də fermerlər", - deyə ayinin təşkilatçısı Radhakant Verma bildirib. Qurbağaların toyunu izləməyə yüzlərlə yerli sakin gəlib. Bir qrup rahib dualar oxuyub, daha sonra mərasim iştirakçıları müxtəlif təamlarla ziyafət təşkil ediblər.
Qeyd olunur ki, ertəsi gün meteorologiya xidməti ölkənin bəzi yerlərində güclü tufanla bağlı xəbərdarlıq edib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































