Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkəmizdə fındıq qabıqlarından bioenerji alına bilər

Tarix: 22-07-2022 15:48     Baxış: 3228 A- / A+

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi (HAZER)” layihəsi çərçivəsində baş tutan fəaliyyətlər çərçivəsində fındıq dəyər zəncirində davamlı bioenerji variantlarının qiymətləndirilməsi fəaliyyətinin ilkin nəticələri təqdim olunub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
“Bioenerji və fındıq dəyər zəncirinin qarşılıqlı əlaqəsi və potensial imkanları üzrə nəticələr” mövzusu çərçivəsində baş tutan tədbirdə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Araşdırmalar layihənin beynəlxalq və yerli ekspertlərin iştirakı ilə həyata keçirilib.
Hesabatda bildirilir ki, bioenerji istehsalı üçün səfərbər edilə biləcək fındıq qabıqları və budama qalıqlarının xeyli hissəsi hazırda məhsuldar istifadə olunmur və bu prosesin inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur. Həmçinin, hesabatda Azərbaycanın bir neçə bölgəsində (Zaqatala, Şəki, Xaçmaz, Balakən, Qəbələ, Qax, İsmayıllı) hazırda mövcud olan və əkiləcək sahələrdən alınan fındıq məhsullarından yaranan qalıqların növbəti 5 ildə artacağı proqnozlaşdırılır. 2026-cı ildə fındıq budamasından alınan qalıqların illik 35 784 tondan 45 866 tona, yaranacaq fındıq qərzəyinin müvafiq olaraq illik 41 875 tondan 70 704 tona və fındıq qabığının 7 466 tondan 13 132 tona çatacağı proqnozlaşdırılır. Hesabatın ilkin nəticələri əsasında əldə olunan məlumatlar maraqlı tərəflərə təqdim olunub və alına biləcək bioenerjinin iqtisadi potensialı və sosial-iqtisadi faydaları daha ətraflı müzakirə olunacaq. Təhlilin yekun nəticələri bu ilin sonunda maraqlı tərəflərə təqdim olunacaq.
Layihənin sözügedən komponenti çərçivəsində “FAO-nun Bioenerji və Ərzaq Təhlükəsizliyi Metodologiyası (BEFS)” mövzusunda 2 günlük təlimlər də baş tutub. Bu yanaşma bioenerji siyasətinin hazırlanması və həyata keçirilməsi prosesinin əsas mərhələlərində ölkələrə dəstək olmaq üçün müxtəlif vasitə, alət və təlimatlardan ibarətdir. Ölkələr bioenerjinin inkişaf səviyyəsindən və bioenerji siyasətinin formalaşdırılması və icrasının vəziyyətindən asılı olaraq BEFS yanaşmasının xüsusi komponentlərindən istifadə edə bilərlər. Təlimlərdə özəl və dövlət sektorunu təmsil edən nümayəndələrin iştirakı ilə fındıq dəyər zəncirində davamlı bioenerji məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar