Xəbər lenti
Müəllimlərin işə qəbulu ilə bağlı imtahan yenidən olacaq

Müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə imtahanı yenidən keçiriləcək.
Manevr.az xəbər verir ki, Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb.
Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.
Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.
Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar