Xəbər lenti
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib

İyulun 21-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2022-ci ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dünyaşöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
İclasdan əvvəl kollegiya iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir.
Dövlətimizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində dövlət başçısına dəstəyi, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi, eləcə də saysız-hesabsız xeyirxah əməlləri, sadəliyi, səmimiliyi və digər məziyyətləri ilə hər kəsin sevimlisinə çevrilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Xanlar Vəliyev ölkənin birinci xanımının respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı misilsiz xidmətlərindən, eləcə də UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanla adları çəkilən beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərdən bəhs edib.
Ölkədə gedən demokratik proseslərin prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsinə zəmin yaratdığını qeyd edən hərbi prokuror bildirib ki, dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq orqanlarında həyata keçirilməsi prokurorluğun, o cümlədən hərbi prokurorluğun uğurlarını şərtləndirib. Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində prokurorluqda, eləcə də hərbi prokurorluqda struktur və kadr islahatları həyata keçirilib, prokurorluq orqanlarının müasir dövlət təsisatı kimi yenidən formalaşdırılması, o cümlədən dövrün tələblərinə adekvat uyğunlaşdırılması, fəaliyyətində şəffaflığın artırılması, işin çevikliyinin və səmərəliliyinin təmin edilməsi, lokal normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. 2022-ci ilin birinci yarısı da prokurorluğun tarixinə mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü kimi düşmüş və hazırda bu proses uğurla davam etdirilir.

Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə şəxsi heyətin itkilərinin sayı da ümumilikdə əhəmiyyətli dərəcədə azalıb. Vurğulanıb ki, sözügedən dövrdə fərarilik və qəsdən sağlamlığa ağır zərərvurma cinayətləri törədilməyib.
Kollegiya iclasında bildirilib ki, ötən dövrlərdə olduğu kimi, 2022-ci ilin birinci yarısında da ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu qəbildən olan cinayətlərin aşkarlanması və qarşısının alınması istiqamətində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.
Diqqətə çatdırılıb ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunub. Hərbi Prokurorluq əməkdaşları vətəndaşlara nəzakətlə, müraciətlərinə isə diqqətlə yanaşıblar, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilib, qəbulların,- o cümlədən şəxsən prokurorlar tərəfindən və bilavasitə hərbi hissələrdə qəbulların sayı artıb, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilib, hüquqları izah edilib və həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Vurğulanıb ki, qazilərin və şəhid ailələrinin müraciətlərinə yüksək həssaslıqla yanaşılıb. Bunun nəticəsində 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında təkrar müraciətlərin sayı artmamış, ümumilikdə müraciətlərin sayı isə azalıb ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır. Təsadüfi deyil ki, Hərbi Prokurorluğun vəişçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı artıb. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onları rəhbər tutmaları tələb olunub.
Hərbi prokuror qeyd edib ki, sadalananlarla yanaşı, müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib. Bildirilib ki, o cümlədən Hərbi Prokurorluq orqanlarının əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla qürur dolu 44 günlük döyüş əməliyyatlarında həlak olmuş şəxslərdən indiyədək 2908 şəxsin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin müəyyən edilərək meyitlərinin ailələrinə təhvil verilməsi təmin olunub. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda müntəzəm işlər aparılır. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bildirilib ki, Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib. Belə ki, 2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 4 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.
Sonra məruzə ətrafında çıxışlar olub. Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Mehdi Hüseynzadə, ədliyyə polkovniki Fuad Məmmədov, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, ədliyyə polkovniki Səfər Əhmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Surxay Hüseynov, Sumqayıt hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev və Zaqatala hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli-Məmmədov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Xalqın öz rəhbərinə olan sonsuz sevgisindən bəhs etməklə kollegiyanı yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar

Son yüklənənlər

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar