Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Pilotsuz taksi sınaqdan keçiriləcək

Tarix: 21-07-2022 09:23     Baxış: 3254 A- / A+
"Amazon" korporasiyasına məxsus "Zoox" kompaniyasının istehsal etdiyi pilotsuz taksini ABŞ-ın ictimai yollarda sınaqdan keçirmək niyyətindədir.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, kompaniya Kaliforniya yollarında pilotsuz elektrik avtomobilindən istifadə etmək üçün müvafiq orqanlara müraciət ünvanlayıb.
"Zoox" kompaniyasının həmtəsisçisi və baş mühəndisi Cessi Levison Frimont şəhərindəki zavodda on minlərlə avtomobil istehsal etməyə qadir olduqlarını deyib. O, həmçinin ABŞ iqtisadiyyatında mövcud tənəzzülün kompaniyanın işinə təsir göstərmədiyini və rəhbərliyin 2023-cü ilin əvvəlinədək işçi qüvvəsini 600 nəfər artıracağını bildirib.
Kompaniya elektriklə işləyən avtomobilini ilk dəfə 2020-ci ilin dekabrında ictimaiyyətə təqdim edib. Dörd sərnişin üçün nəzərdə tutulan VH6 pilotsuz elektrokarda sükan və pedallar yoxdur. Kompaniyanın məlumatına görə, süni intellektlə idarə olunan taksi saatda maksimum 120 kilometr sürətlə hərəkət edə və bir dəfə doldurulma ilə 16 saata qədər işləyə bilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar