Xəbər lenti
Putin hərəkət etməkdə çətinlik çəkir?

Putinin təyyarədən enərkən yaşadığı çətinlik və yeriyiş tərzi dünya mediasının gündəminə çevrilib.
İngiltərə mediası əsas olaraq xəbər başlıqlarında Putinin axsadığını vurğulayıb. Bildirilib ki, bununla yanaşı, Putinin gəzərkən sağ qolunu tərpətməməsi də diqqətdən yayınmayıb. Sözügedən videodan sonra dünya mediasında Putinin səhhəti ilə bağlı yer alan iddialar daha da artıb.
Belə ki, "Mirror" qəzeti sözügedən xəbərdə "Putin ayaqları üzərində qərarsız görünür və bu görüntülər Rusiya liderinin Parkinson və yaxud ölümcül xərçəng xəstəsi olduğu ilə bağlı iddiaların daha yüksək səslə dilə gətirilməsinə səbəb ola bilər", - deyə qeyd edib.
Qeyd edək ki, Kreml Rusiya Prezidentinin xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərləri bir neçə dəfə təkzib edib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar