Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı tələbə Banqladeşdə SU ÇƏKDİRDİ - ŞƏKİL

Tarix: 20-07-2022 17:14     Baxış: 4349 A- / A+
Azərbaycanlı tələbə Banqladeşdə SU ÇƏKDİRDİ - FOTO
Rusiyada yaşayan azərbaycanlı tələbə xeyriyyəçilik edərək nümunəvi addım atıb. 
Stavrapol vilayətində ailəsi ilə birgə yaşayan 22 yaşlı Maral Mirzəyeva tələbə təqaüdü ilə yığdığı pula Banqladeşdə su çəkdirib. Hansı ki, həmin ərazidə əhalinin uzun müddət içməli suya ehtiyacı olub. 
 
Manevr.az xəbər verir ki, Bizim.Media-ya bu barədə açıqlama verən Maral Mirzəyevanın sözlərinə görə bu məsələdə ona “Yeni həyat” adlı fondun rəhbəri Çeçenistanlı ailə vasitəçilik və köməklik edib:
 
“Çarəsizlərə, kimsəsiz və köməyə möhtacı olanlara əl tutmaq istəyirdim. Tanıdığım çeçenistanlı ailə ilə söhbətləşəndə belə bir təşəbbüs irəli sürdü. Mən də savab qazanmaq, həm də Banqladeşdə içməli suya etiyacı olan insanlara yardım etmək üçün su çəkdirməyə razılaşdım. Orada daim yağış yağır və palçıq olurdu. İnsanlar içməli su sarıdan əziyyət çəkirdi. Könüllülərin də iştirakı ilə işlər iki həftə sürdü və çox gözəl əmələ imza atdıq”.
 
Maral Mirzəyeva qeyd edib ki, Banqladeşdə quyu qazdırmaq və içməlu su çəkdirmək üçün 50 min rubl (1500 manat) xərçi çıxıb və həmin pulu vasitəçinin kartına ödəyib. İndi Banqladeş əhalisi azərbaycanlı qıza içməli suya görə hər gün dua edir. 
 
Tələbə onu da əlavə edib ki, Qurban bayramı ərəfəsində etdiyi savabı ənənəyə çevirəcək. Növbəti dəfə Afrikanın su olmayan ərazilərindən birində  belə bir təşəbbüsü reallaşdıracaq. 







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar