Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin Agentlik sədri təyin etdiyi İdayətov kimdir? - DOSYE

Tarix: 19-07-2022 18:14     Baxış: 3244 A- / A+
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə sədr təyin olunub.
Sərəncama əsasən, sözügedən vəzifəyə Samir Ayət oğlu İdayətov təyinat alıb. 
Qeyd edək ki, o bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyində Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.
Manevr.az ictimai marağı nəzərə alaraq Samir İdayətovun qısa tərcümeyi-halını təqdim edir:
Samir Ayət oğlu İdayətov 10 may 1980-cı il təvəllüdlüdür.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib.
2011-2014-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb.
2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub.
2002-2017-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda şöbə müdiri, sədr işləyib.
2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat  Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini kimi çalışıb.
10.11.2021-ci ildən indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.
Ailəlidir, 3 övladı var./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar