Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

“Əhaliyə kompensasiya verilməlidir“ - Bahalaşma sürətlənir

Tarix: 17-07-2022 17:05     Baxış: 4279 A- / A+

Hazırda bütün dünyada qlobal bahalaşma, xüsusilə ərzaq təhlükəsizliyi ilə bağlı problemlər davam edir. Neftin qiymətləri nə qədər yüksək olsa da, büdcə gəlirlərimiz artsa da, inflyasiyanın sürətinə ciddi təsir göstərmir. 
Manevr.az xəbər verir ki, Azərbaycanda həyata keçirilən anti-inflyasiya tədbirləri haqqında Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Nazirlər Kabineti bahalaşmaya qarşı tədbirlər planını təsdiq edib.

Deputat deyib ki, hazırda ona əsasən müvafiq addımlar atılır:
“Amma mən hesab edirəm ki, bahalaşma ciddi problemə çevrilir və xaricdə qiymət artımı, Azərbaycanın da idxaldan asılılığı olduğu üçün qarşısını almağa əlavə tədbirlər lazımdır.
Bəzi möhtəkirlər də inflyasiya fonunda yaranmış vəziyyətdən istifadə edir, süni qiymət artımına gedirlər. Ona görə, əlavə müavinətlərə və aztəminatlı ailələrə kompensasiyaların verilməsinə, maaş və pensiyalara baxılmasına ciddi ehtiyac var. Çünki insanların alıcılıq qabiliyyəti azalır, inflyasiya, qiymət artımı sürətlənir”.
O qeyd edib ki, istənilən halda bahalaşma qaçılmazdır:
“Bu, dünyada gedən prosesdir. Azərbaycan ərzaq istehsal edir. Düşünürəm ki, bəzi məhsulların istehsalını artırmaqla yanaşı, bir sıra məhsulların da istehsal prosesini öyrənib, Azərbaycanda tətbiq etmək lazımdır. Elə məhsullar var, biz özümüz istehsal edə bilərik, sahibkarlara bununla bağlı dəstək lazımdır. Güzəştli kreditlər ayırmaq, sahibkarları istehsala cəlb etməyə ehtiyac var”.
Deputat neftin qiymətinin yüksək olması səbəbindən büdcəyə əlavə vəsait daxil olduğunu da vurğulayıb:
“Amma bu xərclərin istiqamətləndiyi tək sahə ərzaq təhlükəsizliyi, anti-inflyasiya deyil. Müdafiə xərcləri, Qarabağda quruculuq işləri, infrastruktur layihələri, ehtiyat ərzaq məhsullarının alınması və s. sahələrə də diqqət ayrılır. İnflyasiyanın azaldılması, sahibkarlığa şərait yaradılması üçün Rəqabət Məcəlləsinin yaradılmasını da istəyirik. Güman ki, bu, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar