Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən Azərbaycana avtobus və mikroavtobus ixracı artıb

Tarix: 17-07-2022 09:40     Baxış: 4231 A- / A+
Cari ilin ilk yarısında Türkiyədən Azərbaycana avtobus, mikroavtobus ixracı artaraq, 4 milyon 293 min dollardan 41 milyon 467 min ABŞ dollarına yüksəlib.
Bu barədə məlumatı Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi yayıb.
Qeyd edilir ki, ilin ilk yarısında Türkiyədən 68 ölkəyə 581 milyon 214 min dollarlıq avtobus, mikroavtobus ixrac edilib. Avtobus və mikroavtobus ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,98 % artıb.
Ötən ilin yanvar-iyun aylarında 509 milyon 911 min dollar olan ixrac satışını həyata keçirən nəqliyyat sektorunun nümayəndələri bu ilin eyni dövründə həmin göstəricini 581 milyon 214 min dollara yüksəldiblər.
Türkiyə ən çox Fransaya avtobus, mikroavtobus satıb. Nəqliyyat vasitələrinin ixracı 18,23 faiz artıb. Əgər ötən ilin yanvar-iyun dövründə bu göstərici 125 milyon 606 min dollar olubsa, 2022-ci ilin ilk yarısında Fransaya ixrac 148 milyon 510 min dollara yüksəlib.
Siyahıda ikinci yerdə Portuqaliya, sonrakı yerdə Almaniya qərarlaşıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar