Xəbər lenti
Qazilərə mənzil və avtomobillərin verilməsi davam etdiriləcək - Deputatdan AÇIQLAMA
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“Dövlətimizin başçısı vurğuladı ki, hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir: "Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır". II Qarabağ müharibəsi iştirakçılarının hər bir ehtiyacı dövlət tərəfindən qarşılanır. Onların mənzil, avtomobil və digər zəruri avadanlıqlarla təminatı həyata keçirilir. Sözsüz ki, bu işlər növbəlilik əsasında icra edilir”.
Aqil Məmmədov müharibədə əlil olmuş bütün hərbçilərin müasir protezlərlə və reablitasiya vasitələri ilə təminatı məsələsinə də toxunub:
“Artıq dördüncü nəsil protezlərin ölkəmizə gətirilməsi və döyüşlərdə ağır xəsarətlərlə bədən üzvlərini itirmiş şəxslər bu vasitələrlə təmin olunur. Eyni zamanda ağır döyüşlərdə xəsarət almış hərbçilərimizin yenidən aktiv həyata qayıtması üçün ciddi addımlar atılır. Çünki müasir protezlər imkan verir ki, yaralanmış hərbçilərimiz yenidən normal həyat tərzinə davam etsin. Dövlətimiz bütün bu işləri ardıcıllıqla icra edir. Sözsüz ki, bundan sonra da bu proses davam edəcək. Sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur və olunacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar