Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ailəsi Polad Həşimovun şəhid olduğu yeri ziyarət etdi - Video

Tarix: 15-07-2022 16:33     Baxış: 4267 A- / A+

Şəhid general- mayor Polad Həşimovun ailəsi bu ilki anım günündə onun şəhadətə ucaldığı döyüş postunu ziyarət ediblər.
Manevr.az xəbər verir ki, “Xəzər Xəbər”in çəkiliş qrupu da onlarla bərabər olub.
Polad Həşimovun ailəsini, generalın son anlarını yaşadığı “Qaraqaya” postunda Müdafiə Nazirliyinin nümayəndələri və zabit heyəti müşayiət ediblər. Onlar Vətən uğrunda canından keçən bütün şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra onun Tovuz döyüşləri zamanı xidmətdə olduğu yerlər ziyarət edilib. Generalın tapşırıqları əsasında dağıdılan döyüş nöqtələri də ailə üzvləri tərəfindən izlənilib.
Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova bildirib ki, həyat yoldaşının şəhid olmasından keçən iki il ərzində “Qaraqaya” postuna gəlməyə ürək etməyiblər: “Aradan vaxt keçəndən sonra cəsarətimizi toplayıb, Polad Həşimovun son anlarını yaşadığı posta gələ bildik. Bura gəldikdən sonra qürur hissi keçirdim ki, həyat yoldaşım əsl qəhrəman olub. Əslində onunla bərabər yaşadığım 17 ildə generalın necə bir hərbçi olduğunun şahidi olmuşdum. Ordumuz Polad Həşimovla birlikdə bu postda şəhid olanların qisasını Vətən müharibəsində aldı”.
Şəhid generalın oğlu da onun kimi mərdanə danışaraq düşmənə elə ön xəttə meydan oxuyub: “Atamın şəhid olduğu posta gəlmək bizi həm kədərləndirdi, həm də qürur verdi. Biz onlara söz veririk ki, şəhidlərin bizə miras qoyduğu torpaqları göz bəbəyi kimi qoruyub saxlayacağıq”.

Postun hərbi heyəti Polad Həşimovun ailəsinə burada onun xatirəsinin daim ehtiramla yad ediləcəyinə və bu postun ləyaqətlə qorunacağına dair söz veriblər.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar