Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 50 hakeri arasında

Tarix: 12-07-2022 18:45     Baxış: 4236 A- / A+

“Major League Hacking” (MLH) - Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısı açıqlanıb.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, builki siyahıda azərbaycanlı tələbə Firəngiz Qənbərlinin də adı var.

ABŞ-nin Kansas Universitetində II kurs tələbəsi olan Firəngiz ən yaxşı 50 arasına 18 ölkədən kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. Seçilən ən yaxşı gənc kompüter mütəxəssisləri Kanada, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya, Kolumbiya, Yunanıstan, Misir, Efiopiya, Hindistan, Meksika, Pakistan, Özbəkistan, Tunis, Vyetnam, BƏƏ, Şri-Lanka kimi ölkələri təmsil edirlər. 
Qeyd edək ki, Firəngiz Qənbərli Amerikada kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif hakaton müsabiqələrinin qalibi olan Firəngiz “HackKU-2021” və “HackKU-2022” müsabiqələrinin təşkilatçısı kimi də böyük uğur qazanıb. Hazırda “Microsoft” şirkətində təcrübəçi olan Firəngiz Qənbərli eyni zamanda Kansas Universiteti Kompüter Mühəndisləri Assosiasiyanın prezidenti və “Women in Computing Club KU” platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar