Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bu rayonunda postlar söküldü, giriş-çıxış qadağası ləğv eildi

Tarix: 11-07-2022 11:22     Baxış: 4304 A- / A+




Şabrandakı yanğınla əlaqəli bağlanan yol açılıb.
Manevr.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, ötən gün Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilmişdi: "Paytaxtdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilmişdi. Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də paytaxt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib. Hazırda qeyd edilən ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib".
Qeyd edək ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilmiş və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilmişdi. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulmuş və giriş-çıxış məhdudlaşdırılmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar