Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Arı sancmasından ölən gənc dəfn zamanı ayılıbmış

Tarix: 10-07-2022 18:30     Baxış: 3332 A- / A+
Arı sancmasından ölən gənc dəfn zamanı ayılıbmış
Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıbmış. 
 
Manevr.az xəbər verir ki, qafqazinfo.az 24 yaşlı İlqar Qəhrəmanovun dəfndə oyanması ilə bağlı bir sıra təfərrüatları əldə edib.
 
Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.
 
Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub.
 
Bu gün 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır. Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar