“Siz telefon qazanmısınız, 42 manat kart hesabımıza göndərin, hədiyyənizi verək”.
Manevr.az xəbər verir ki, son zamanlar “Instagram”da bu tipli elanlara tez-tez rast gəlinir. Vətəndaşları şirnikləşdirib onlardan müxtəlif ödənişlər istəyirlər. Əvəzində isə guya hansısa yarışda qalib gəlmələri ilə bağlı hədiyyə vəd edilir. Məsələ ondadır ki, müxtəlif sosial şəbəkələrdə, xüsusilə “Instagram”da izləyicilərinin sayı çox olan bloqerlər müxtəlif yarışlar keçirirlər. Müxtəlif səhifələrin bəyənilməsi tələb edilir. Nəzərdə tutulmuş səhifələri bəyənmiş istifadəçilər yarışlarda iştirak edirlər. Sonda onların arasından qaliblər seçilir və mükafatlandırılır.
“Instagram”da 1 milyon izləyicisi olan və vaxtaşırı olaraq belə yarışlar təşkil edən Nagehan Abdullayeva deyir ki, onun adından da istifadə edərək vətəndaşların pulunu mənimsəməyə çalışanlar olub.
Məsələni şərh edən hüquqşünas Turan Abdullazadənin sözlərinə görə, burada işin çətin tərəfi həmin fırıldaqçının kimliyini müəyyən etməkdir. O bildirib ki, həmin şəxslər çox vaxt saxta hesablardan istifadə edirlər. Hüquqşünas əlavə edib ki, qanunsuz əmələ cəhd edənin kimliyi müəyyən olunarsa, onun haqqında tədbir görülə bilər.
Turan Abdullazadə qeyd edib ki, vətəndaşlar dələduzluqla üzləşmək istəmirlərsə, bir sıra qaydalara əməl etməlidirlər.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, son dövrlər dələduzluqla bağlı bəzi sosial media saytları üzərindən vətəndaşlara saxta mesajlar göndərərək ödəniş tələb edilməsi ilə bağlı neqativ hallara rast gəlinir.
“Vətəndaşlara tanımadıqları şəxslərə etibar etməməyi, kart hesablarını göndərməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşənlər “102” zəng mərkəzinə məlumat verə bilərlər”, - deyə məlumatda bildirilib.(xezer-xeber).
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar