Xəbər lenti
“Eldar Mahmudovun, Zakir Həsənovun mülklərini deyə bilməyənlər bir yetimin üstünə düşüblər”
“Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı dövlətin sosial paketi var. Təbii ki, həmin paketin həyata keçirilməsində müəyyən nöqsanlar, çatışmazlıq mövcuddur. Amma bu o demək deyil ki, dövlət şəhid ailəsi və qaziləri qırağa atıb, başqa kiməsə ev verir. Bu yanaşma düzgün deyil”.
Rey Kərimoğlu dövlətin sosial siyasətinin təkcə qazilər, veteranlar və şəhid ailələri ilə bağlı olmadığını, başqa həssas təbəqələrin də nəzərə aldığını qeyd edib:
“Hər iki valideynini itirmiş yetkinlik yaşına çatmayan şəxslərin təhsil haqqı dövlət hesabına ödənilir, onların evlə təminat məsələsi həyata keçirilir. Bu gün Qarabağ əlilləri və şəhid ailələrinə ev veriləndə bütün normalar nəzərə alınır. Bütün Qarabağ qazilərinə, şəhid ailələrinə mənzil verilmir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərə, status alanlara ev verilir.
Corc Qafarova gəldikdə isə bütün bələdiyyə üzvlərinin evi yoxdur. Onun bələdiyyə üzvü olması da qeyri-adi məsələ deyil. Cəmiyyətin mövzuya bu baxımdan yanaşması düzgün deyil. Onun da evə ehtiyacı ola bilər. Qanun ona ev vermə hüququnu tanıyırsa, heç nə edə bilmərik. Yəni mən bu məsələyə başqa cür şərh verə bilmərəm”.
Qarabağ veteranı sosial şəbəkədə Corc Qafarova ev verilməsini tənqid edən şəxslərin Nəcməddin Sadıqov, Eldar Mahmudov, Zakir Həsənov və digər məmurların Bakıda villalarının sayını niyə müzakirə etmədiyinə narazılığını bildirib:
“Bəs onlar niyə yada düşmür?!”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar