Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xədicə İsmayıl Baş Prokurorluqdan 29 min 30 manat kompensasiya tələb edir

Tarix: 24-08-2016 15:21     Baxış: 1452 A- / A+
 Xədicə İsmayıl Baş Prokurorluqdan 29 min 30 manat kompensasiya tələb edir

Bu gün Səbael Rayon Məhkəməsində jurnalist Xədicə İsmayılın Baş Prokurorluqdan kompensasiya iddiası üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış edib.

İlk olaraq Xədicə İsmayılın vəkili Yalçın İmanov çıxış edib. O, müdafiə etdiyi şəxsin 5 dekabr 2014-6 mart 2015-ci il tarixləri arasında qanunsuz olaraq həbsdə saxlanıldığını deyib.

Vəkil X.İsmayıla həbsdə olduğu müddətdə dəymiş maddi və mənəvi zərərlə bağlı çıxış edib və məbləği açıqlayıb: “Xədicə İsmayıl Cinayət Məcəlləsinin 125-ci ( intihar həddinə çatdırma) maddəsi ilə şübhəli bilinib və Səbael Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. 91 gündən sonra ona digər maddələr üzrə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə bəraət hökmü çıxarılıb. Ali Məhkəmədə bu təsdiqini taparaq qanuni qüvvəyə minib. Buda onu sübut edir ki, Xədicə İsmayıl 91 gün qanunsuz olaraq həbsdə olub. Bu müddətdə Xədicə İsmayıla həm maddi həm də mənəvi zərər dəyib. Tutulan zaman Xədicə İsmayıl “Azadlıq” radiosununda çalışıb və aylıq 2 min manat əməkhaqqı alıb. Saxlandığı 91 gün ərzində onun ailəsi yanına gedib. Taksi xərcləri var. Xədicə İsmayıl mədəsindən əməliyyat olunduğundan ona dietik yeməklər aparılıb. Əlavə olaraq onun hüquqları müdafiə edən vəkillərə ödənişlər edilib. Ümumi olaraq 9030 manat maddi zərər dəyib. Mənəvi zərər kimi isə 20 min manat tələb edirik”.

Bakı Şəhər Prokurorluğun nümayəndəsi Günel Əkbərli isə çıxışında bildirib ki, iddia ərizəsi əsassızdır. Bu səbəbdən də təmin edilməməlidir.

“5 dekabr 2014-cü ildə onun barəsində cinayət işi başlanıb. Bunu sübut edən əsaslar olduğundan həbs-qətimkan tədbiri seçilib”- deyə G.Əkbərli qeyd edib.

X.İsmayılın vəkili məhkəməyə sənədlər təqdim edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin vergi ödəciyisi olduğunu deyib.

“Vergilər Nazirliyinə sorğu göndərmişik. Cavab da bildirlir ki, Xədicə İsamyıl 2011-2014-cü illərdə 103 min manata gəlir əldə edib və 4 min manat sadələşmiş vergi ödəyib”- deyən vəkil digər sənədləri növbəti prosesdə məhkəmə təqdim edəcəklərini söyləyib.

Məhkəmədə Maliyyə Nazirliyinin də nümayəndəsi çıxış edib. O da iddianın təmin edilməməsini istəyib: “Xədicə İsmayıl qanunsuz sahibkarlığa görə həbs edilib və cəzalandırılıb. Buna görə də ona kompensasiya ödənilməməlidir”.

Məhkəmə prosesi sentayabrın 23-də davam edəcək.

Xatırladaq ki, Xədicə İsmayıl iddia ərizəsində göstərib ki, 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham edilərək həbs olunub. O, ötən il martın 6-dək məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Jurnalist 91 gün qanunsuz olaraq həbsdə saxlandığı üçün Baş Prokorluqdan 29 min 30 manat kompensasiya tələb edib.

Onu da qeyd edək ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O jurnalist Tural Mustayevin özünü öldürmə həddinə çatdırmada şübhəli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.
X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar