Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fermerlərə qışda Kəlbəcərdə qalmağa icazə veriləcək? - RƏSMİ

Tarix: 30-06-2022 10:14     Baxış: 4257 A- / A+
Kəlbəcər rayonu vaxtilə ölkəmizdə heyvandarlığın inkişafında mühüm rol oynayıb. Uzun illər işğal altında qalan rayon azad olunduqdan qısa müddət sonra qoyunçuluq və arıçılıq təsərrüfatlarının bura köçürülməsinə başlanılıb. Köç prosesi ilkin olaraq pilot layihə çərçivəsində həyata keçirilir.
 
Mütəxəssislərin hesablamalarına görə, rayon üzrə 2025-ci ilədək 58,7 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir. Bu da ölkənin müvafiq istehsal miqyasında 1,4 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.
 
Artıq 2 ildir ki, fermerlər iri və xırdabuynuzlu heyvanlarının otarılması üçün Kəlbəcərə köç edir, fəaliyyətlərini dağlar qoynunda davam etdirirlər. Kəlbəcərə köç hələlik yay mövsümünü əhatə edir. Bəs, fermerlərə qışda da Kəlbəcərdə qalmağa icazə veriləcəkmi?
 

 
Manevr.az bildirir ki, bu barədə Modern.az-a danışan Kəlbəcərin deputatı Aqil Məmmədov qeyd edib ki, ötən illə müqayisədə bu il Kəlbəcərə aparılan iri və xırdabuynuzlu heyvanların sayında artım müşahidə edilir. 
 
“Keçən ilə nisbətən bu il istər arı ailələrinin sayında, istərsə də iri və xırdabuynuzlu heyvanların sayında xeyli artım müşahidə olunur. Bu da Kəlbəcərdə fəaliyyətdə olan sahibkarlarımızın, fermerlərimizin işlərinin genişləndirilməsinə yaradılmış şəraitlə əlaqədardır. Ancaq gediş-gəliş çətindir. Həmçinin, qış aylarında orada iri və xırdabuynuzlu heyvanların saxlanması əvvəlcədən hazırlıq görülməsə, çətin olar”.
 

 
Deputat fermerlərin qışda Kəlbəcərdə qalmaları üçün ona müraciət etmədiklərini söyləyib:
 
“Bununla əlaqədar fermerlərimiz bizə müraciət etməyiblər. Müraciət etsələr, Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə aydınlıq gətirə bilər. Ümumiyyətlə, bir müddət sonra təsərrüfatı olanların mal-qaralarını orada saxlaması daha xeyirli ola bilər. Mal-qaranın payızda Arana gətirilməsi, yaz aylarında Kəlbəcərə aparılması çox çətindir.
 
Əvvəlcədən onların yeri, heyvanların necə saxlanması müəyyən ediləndən sonra bu işlərə baxmaq olar. Fermerlər özləri də bilir ki, ot və yem tədarükü görülməsə, qış aylarında mal-qaranın o ərazilərdə saxlanması sual altında qalar”.
 

 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov isə bildirib ki, Kəlbəcərdəki yaylaqlar yay aylarında mal-qaranın otarılması üçün əlverişlidir. Onun sözlərinə görə, mövsümün müddəti avqust ayında başa çatır:
 
"Fermerlərə sentyabra qədər Kəlbəcərdə qalmağa icazə verilir. Sentyabr ayından sonra orada ot olmayacaq. Tutaq ki, biz onların qalmasına icazə verdik. Heyvanları nə ilə otaracaqlar? Orada bu mümkün deyil. Bu səbəbdən sentyabr ayına qədər icazə verilib. Fermerlər sentyabra kimi qalıb, sonra Arana qayıdacaqlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar